Digər ölkələrin siyasi partiyaları saziş bağlayandan sonra məlumt verməyən partiyalar cərimələnəcək | 1news.az | Xəbərlər
Rəsmi

Digər ölkələrin siyasi partiyaları saziş bağlayandan sonra məlumt verməyən partiyalar cərimələnəcək

Qafar Ağayev14:54 - 16 / 08 / 2023
Digər ölkələrin siyasi partiyaları saziş bağlayandan sonra məlumt verməyən partiyalar cərimələnəcək

Siyasi partiyalar digər ölkələrin siyasi partiyaları ilə saziş bağladıqdan sonra məlumat verməsə, cərimə tətbiq ediləcək.

1news.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Siyasi partiyanın digər ölkələrin siyasi partiyaları ilə sazişin bağlanması və ya siyasi partiyaların beynəlxalq ittifaqlarına üzvlüyə daxil olması barədə “Siyasi partiyalar haqqında” qanun ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.

Yuxarıda qeyd olunan xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə olunacaq.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər