İlham Əliyev Hikmət Çətinin vəfatı ilə bağlı ilə başsağlığı məktubu ünvanlayıb. | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Hikmət Çətinin vəfatı ilə bağlı ilə başsağlığı məktubu ünvanlayıb.

1news Redaksiyası15:19 - Bu gün
İlham Əliyev Hikmət Çətinin vəfatı ilə bağlı ilə başsağlığı məktubu ünvanlayıb.

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Paylaş:
47

Son xəbərlər

Bütün xəbərlər