Salyanda teplovoz adam vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda teplovoz adam vurdu

Qafar Ağayev11:21 - 16 / 08 / 2023
Salyanda teplovoz adam vurdu

16 avqust saat 08:30 radələrində ADY-yə məxsus teplovoz Salyan-Salmanlı mənzilində hərəkətdə olarkən Salyan rayonu sakini Dadaşova Sədaqət Azadxan qızı qəfil qatarın yoluna çıxıb.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən 1news.az-a verilən məlumata görə, maşinist əyləci təcili işə salsa da, məsafə qısa olduğundan hadisə qəza ilə nəticələnib.

Məlumata görə, xəsarət almış şəxs təcili tibbi xidmət briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə aidiyyəti üzrə araşdırılır.

“ADY piyadaları dəmir yolu xətlərindən keçərkən mütləq şəkildə mənzillərdə quraşdırılmış xüsusi keçidlərdən istifadə etməyə çağırır!”, - məlumatda qeyd olunur.

Paylaş:
446

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər