Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

12:06 - 21 / 08 / 2023
Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu gün saat 09:30-dan 10:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Paylaş:
200

Son xəbərlər

Bütün xəbərlər