FHN əməkdaşları minatəmizləmə üzrə kurs keçib
İyul ayının 24-dən avqust ayının 19-dək Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən Göygöl Olimpiya İdman Kompleksində keçirilən "Humanitar Minatəmizləmə və Döyüş sahəsinin Təmizlənməsi" təlimində iştirak edib.
FHN-dən 1news.az-a verilən xəbərə görə, təlim zamanı şəxsi heyətə ərazidə rast gəlinən və ehtimal olunan müxtəlif növ hərbi sursatların, piyada, tank və obyekt əleyhinə, partlayış dalğalı, qəlpəli minaların tanıdılması üzrə nəzəri və praktiki dərslər keçirilmiş və eləcə də humanitar minatəmizləmə və döyüş sahəsinin təmizlənməsi üzrə standartlar, təhlükəsizlik və təxliyyə qaydaları öyrədilib.
Təlimi müvəffəqiyyətlə tamamlayan əməkdaşlara müvafiq şəhadətnamələr təqdim olunub.