Ermənistan silahlı qüvvələri Kəlbəcər və Gədəbəydəki mövqelərimizi atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələri Kəlbəcər və Gədəbəydəki mövqelərimizi atəşə tutub

Qafar Ağayev14:03 - 22 / 08 / 2023
Ermənistan silahlı qüvvələri Kəlbəcər və Gədəbəydəki mövqelərimizi atəşə tutub

Avqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Paylaş:
563

Son xəbərlər

Bütün xəbərlər