Daha 23 ailə Füzuli şəhərinə yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 23 ailə Füzuli şəhərinə yola salınıb

Qafar Ağayev09:01 - 22 / 08 / 2023
Daha 23 ailə Füzuli şəhərinə yola salınıb

Daha bir neçə ailə Füzuli şəhərinə yola salınıb.

1news.az xəbər verir ki, bu gün daha 89 nəfərdən ibarət 23 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Füzuli şəhərində işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bununla da Füzuli şəhərinə 247 nəfərdən ibarət 70 ailə Füzuli şəhərinə köçüb.

Paylaş:
340

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər