“Vivobook S 15 OLED” (K5504): Təhsil üçün ideal noutbuk - FOTO

Noutbuk seçmək kifayət qədər mürəkkəb və məsuliyyətli işdir, çünki həqiqətən yaxşı noutbuk seçməzdən əvvəl onun gələcəkdə hansı məqsədlər üçün istifadə olunacağını dəqiq müəyyənləşdirməlisiniz ki, bu da öz növbəsində cihaz üçün zəruri olan xüsusiyyətlərin siyahısını hazırlamaqda sizə kömək edəcəkdir.
Məqsədləri müəyyən etdikdən sonra alıcıya yalnız təklif olunan hazır variantlardan ən uyğununu seçmək qalır. Məsələn, əgər təhsil üçün noutbuk axtarırsınızsa, o, mütləq yüngül, funksional, istifadəsi asan və yüksək performansa malik olmalıdır.
Müasir ixtisasların əksəriyyəti bu və ya digər şəkildə noutbuklardan istifadəni nəzərdə tutur. İstər peşə təhsili, istər onlayn kurslar, istərsə də öz biliyini artırma, bir sözlə, gündəlik təhsil prosesində nəhəng məlumat axınını qavramalı oluruq ki, bu zaman bizi noutbuklar xilas edir. Aşağıdakı materialda bu "xilasedicilərdən" biri - dünyanın aparıcı noutbuk markası olan ASUS-un “Vivobook S 15 OLED” (K5504) modeli haqqında ətraflı məlumat verəcəyik.
Güclü, istifadəsi asan və təhsil üçün nəzərdə tutulmuş “Vivobook S 15 OLED” (K5504) noutbuku müasir komponentləri sayəsində məqsədinizə səmərəli və tez çatmaqda sizə kömək edəcək. Bu noutbuklar təkcə sürəti ilə deyil, həm də parlaq rənglərin üstünlük təşkil etdiyi dəbli və gənclərə xas dizaynı ilə seçilir ki, bu da öz bacarıqlarını nümayiş etdirmək istəyənlərin ürəyincə olacaq.
Bu noutbuk sizin üçün geniş təhsil imkanları yaradacaq. Belə ki, onun 13-cü nəsil “Intel Core i9 H” seriyalı güclü prosessoru və 1 TB həcmi olan SSD diski çətinlik səviyyəsindən asılı olmayaraq, istənilən tapşırığın öhdəsindən rahatlıqla gəməyə şərait yaradır. Yığcam ölçüləri - 1,7 kq çəkisi və 17,9 mm qalınlığı bu noutbukları təhsil üçün optimal edir ki, bu da istifadəçiyə istənilən yerdə noutbukla işləməyə imkan verir.
Onu da qeyd edək ki, bəzən təhsil prosesində noutbukun qarşısında çox vaxt sərf etməli oluruq, bu da görmə qabiliyyətinə mənfi təsir göstərir. Lakin böyük ölçülü “ASUS Lumina OLED” displeyi ilə təchiz olunmuş “Vivobook S 15 OLED” (K5504) noutbuku ilə sizi belə bir təhlükə gözləmir. Belə ki, bu displey həm mümkün göz yorğunluğunu azaldır, həm də peşəkar səviyyəli rəngötürücü qabiliyyəti sayəsində istər kontent üzərində işləyərkən, istərsə də film və ya video izləyərək istirahət edərkən canlı təsvirdən zövq almağa imkan yaradır.
Bu noutbukun digər əhəmiyyətli üstünlüyü son illərdə çox aktuallaşan onlayn dərslər üçün səsboğucu funksiyaya malik mükəmməl veb-kameradır. Bundan əlavə, “Vivobook S 15 OLED” (K5504) noutbuku mətni rahat yazmağa imkan verən son dərəcə rahat “ASUS ErgoSense” klaviaturası ilə təchiz edilib. Bu klaviatura ideal şəkildə tənzimlənmiş düymə dərinliyi və toxunuş reaksiyası ilə fərqlənir.
75 Vt/s-dək böyük həcmi olan akkumulyatorla təchiz edilmiş noutbuk bütün gün ərzində işləyə bilir. Cihaz sürətli şarj funksiyasını dəstəkləyir, mikrobəleyhinə örtük isə bakteriya çoxalmasının 99 % qarşısını alır və cihazın səmərəliliyini azı 3 il müddətində qoruyub saxlamağa imkan verir.
Bütün bu vacib və zəruri xüsusiyyətlər bu noutbuku təhsil üçün ideal alətə çevirir. “Vivobook S 15 OLED” (K5504) noutbukunun texniki parametrləri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Bir faktı da qeyd edək ki, ASUS brendinin təhsil üçün nəzərdə tutulmuş noutbuk çeşidləri təkcə “Vivobook S 15 OLED” (K5504) modeli ilə məhdudlaşmır. Bu geniş siyahıya daxil olan daha iki model haqqında aşağıda söhbət açmışıq.
Klassik eleqantlığı və qabaqcıl texnologiyaları özündə birləşdirən “ASUS Zenbook 14 OLED” (UX3402) modeli mobil mükəmməlliyin yeni standartını müəyyən edən güclü və kompakt noutbukdur. Onun çəkisi 1,39 kq təşkil edir, korpusunun qalınlığı isə 16,9 mm-dən çox deyil. Noutbuk nazik çərçivəli, 16:10 formatında OLED sensor displeyinə malikdir. 2,8K genişlənməni dəstəkləyən bu displey yüksək parlaqlığı, kinematoqrafik rəng qavramasını və dəqiq rəngötürmə xüsusiyətini təmin edir.
“Intel Iris Xe” qrafikası ilə 13-cü nəsil “Intel Core i7” prosessorunun, 16 GB yaddaşın, PCIe interfeysi ilə təchiz edilmiş və 1 TB həcmi olan SSD diskinin əmələ gətirdiyi müasir konfiqurasiya yüksək performansa zəmanət verir, 75 Vt/s həcmi olan akkumulyator isə uzunmüddətli avtonom iş qabiliyyətini təmin edir.
“ASUS Vivobook 16” (M1605) noutbuku həyatınıza parlaqlıq qatacaq. Funksional cəhətdən zəngin olan bu noutbuk gündəlik işləri yerinə yetirməklə istənilən vəziyyətdə sizin üçün faydalı olacaq. Onun yüksək keyfiyyətli soyutma funksiyasına malik müasir 7000 seriyalı “AMD Ryzen” prosessoru həm təhsil, həm də əyləncə üçün yüksək performansı təmin edəcək. 180 dərəcə açılıb-yığılan OLED displey, erqonomik və tam ölçülü klaviatura, onlayn dərslər üçün veb-kamera və səsboğucu fnksiyaya malik mikrofon bu modeli cəlbedici edir. Səthi “ASUS Antimicrobial Guard Plus” mikrobəleyhinə örtüklə emal edilən noutbuk sağlamlığınızın da qayğısına qalır.
Onu da qeyd edək ki, dayanıqlı gələcək qurmaq və Yer kürəsinə qayğı göstərmək planetimizin qorunmasına müsbət töhfə verməyə çalışan ASUS-un qarşında duran məqsədlər sırasındadır. Bu məqsədlə, yuxarıda sadalanan noutbukların və onların qablaşdırmalarının hazırlanmasında şirkət ekoloji cəhətdən bərpa oluna bilən materiallardan istifadə edir ki, bu da aparıcı beynəlxalq ekoloji sertifikatlarla öz təsdiqini tapmışdır.
Reklam hüququnda