Ağsuda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

10:44 - 23 / 08 / 2023
Ağsuda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər