Qaxda 1,4 ton narkotik tərkibli bitki məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda 1,4 ton narkotik tərkibli bitki məhv edilib

Qafar Ağayev15:21 - 24 / 08 / 2023
Qaxda 1,4 ton narkotik tərkibli bitki məhv edilib

Qaxda 6 mindən artıq narkotik tərkibli bitki məhv edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Almalı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 417 kiloqram olan 6230 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər