Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Qafar Ağayev09:57 - 24 / 08 / 2023
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Avqustun 23-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 112, o cümlədən, borclu şəxs qismində axtarışda olan 83 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər