Bakıda tuneldə qəza oldu, yolda sıxlıq yarandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tuneldə qəza oldu, yolda sıxlıq yarandı

Qafar Ağayev09:46 - 25 / 08 / 2023
Bakıda tuneldə qəza oldu, yolda sıxlıq yarandı

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospekti, "Xutor" tunelinin çıxışında qeydə alınıb.

Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Əraziyə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər