Yasamalda evdə partlayış baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda evdə partlayış baş verib

Qafar Ağayev14:53 - 28 / 08 / 2023
Yasamalda evdə partlayış baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Abdulla Şaiq küçəsindəki fərdi yaşayış evində yanğınla nəticələnən partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.

Nazirlikdən 1news.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər