“Binə” və “Sədərək” ticarət mərkəzləri su altında qaldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Binə” və “Sədərək” ticarət mərkəzləri su altında qaldı - VİDEO

Qafar Ağayev09:34 - 28 / 08 / 2023
“Binə” və “Sədərək” ticarət mərkəzləri su altında qaldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.

Bu barədə 1news.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar olaraq Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.

Paylaş:
831

Son xəbərlər

Bütün xəbərlər