Azərbaycan musiqisi Beynəlxalq Xəzər Festivalında uğurla təmsil olundu - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan musiqisi Beynəlxalq Xəzər Festivalında uğurla təmsil olundu - FOTO

11:59 - 28 / 08 / 2023
Azərbaycan musiqisi Beynəlxalq Xəzər Festivalında uğurla təmsil olundu - FOTO

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə tarzən Arslan Növrəsli və onun “ethno-jazz” qrupu Həştərxan vilayətində “Kaspiyskie sezonı” adlı klassik incəsənət üzrə Beynəlxalq Xəzər Festivalı çərçivəsində keçirilən “Azərbaycan günü”ndə ölkəmizi uğurla təmsil edib.

1news.az xəbər verir ki, festival Xəzəryanı dövlətlər arasında humanitar sahədə mədəni dialoq və əməkdaşlığın inkişafı üçün səmərəli layihəyə çevirilmək məqsədi daşıyır.

Azərbaycan çağdaş tar ifaçılıq sənətinin təmsilçisi Arslan Növrəslinin Həştərxan Dövlət Filarmoniyasında keçirilən konserti maraqla qarşılanıb. Repertuara daxil edilən nömrələr həm klassik jazz standartları, həm Azərbaycan bəstəkarlarının əsərlərinin mövzuları əsasında yazılmış kompozisiyalardan ibarət olub.

Gecənin xüsusi ifası “Ay Laçın” xalq mahnısı Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 26 avqust “Laçın şəhəri günü” kimi qeyd olunması ilə əlaqədar repertuara daxil edilib.

“Ethno – jazz” qrupunun üzvləri – tarda Arslan Növrəsli, pianoda Nicat Aslanov, bass gitarada Səlim Məmmədov, zərb alətlərində Həsən Bilalov Azərbaycanın çağdaş musiqi mədəniyyətini layiqincə təmsil etmiş oldular.

Paylaş:
685

Son xəbərlər

“Qarabağ” Qəbələyə qalib gəlib,1/4 finala vəsiqə qazanıbBu gün, 17:58Gənc yazar dünyasını dəyişdiBu gün, 17:54Yasamal və Xəzər rayonlarının bir hissəsində qaz kəsiləcəkBu gün, 17:45Ödənişli avtomagistrallarla bağlı yeni cərimələr müəyyən olunurBu gün, 17:42Santa Klausun izi ilə - Antalyanı bir də belə tanıyın - FOTOBu gün, 17:30“Təmiz Hava” aylığı çərçivəsində reydlər keçirilib, 2 mindən çox sürücü cərimələnibBu gün, 17:29Məktəb yoldaşına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şagird saxlanılıbBu gün, 17:11Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşübBu gün, 17:05Elektromobillər üçün enerji doldurucularının yerləşdirilməsinə icazə tələb edilməyəcəkBu gün, 16:49ASAN könüllülərinin sayı 40 mini ötdü - FOTOBu gün, 16:45“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Şuşada daha 48 ailəyə evlərinin açarı təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20
Bütün xəbərlər