Əziz Əlibəyli: “Göstərildi ki, bu qlobal savaşda Azərbaycan və müttəfiqlərinin iradəsi həlledicidir” | 1news.az | Xəbərlər
Siyasət

Əziz Əlibəyli: “Göstərildi ki, bu qlobal savaşda Azərbaycan və müttəfiqlərinin iradəsi həlledicidir”

Qafar Ağayev17:15 - 29 / 08 / 2023
Əziz Əlibəyli: “Göstərildi ki, bu qlobal savaşda Azərbaycan və müttəfiqlərinin iradəsi həlledicidir”

Xəbər verdiyimiz kimi bu Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.

Bu humanitar yardımın əhəmiyyəti nədir? Ermənilər Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin bu addımının hansı nəticələri olacaq?

Məsələ ilə bağlı 1news.az-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, bu addım ilk olaraq, Azərbaycan əleyhinə formalaşdırılmış humanitar faciə və fəlakət anlayışına zərbə vurmaq üçün idi.

“İkincisi, Azərbaycan öz ərazisində, öz torpağında öz vətəndaşları üçün humanitar xidmət göstərə bilər fikrini ortaya qoymuş oldu, yəni “torpağın sahibi haqlıdır” yanaşmasıdır, üçüncüsü də Laçın Xankəndi yolu deyil, Ağdam-Xankəndi yolu işə düşməlidir”.

Politoloq bildirib ki, humanitar yardım üzərindən baxsaq, Xankəndi ermənisi ifadəsinin də leqallaşdırılmış olduğunun şahidi olduq.

Əziz Əlibəyli

“Qarabağ erməniləri ifadəsi siyasi leksikondan çıxıb. Qarabağ çox böyükdür, ümumi erməniləşdirmək siyasi səhvdir və yolverilməzdir. Söhbət Xankəndi ermənilərindən gedir. Bu humanitar yardım, seçim imkanı və bəhanələr məsələsinə birdəfəlik son qoyur. Eyni zamanda Fransanın da başlatdığı beynəlxalq humanitar hoqqabazlığa son qoymaq üçün nəzərdə tutulur. Göstərildi ki, bu qlobal savaşda Azərbaycan və müttəfiqlərinin iradəsi daha həlledicidir. Heç şübhəsiz ki, bu məsələnin ana xəttini təşkil edən məsələ, təhlükəsizliyin təmin olunmasıdır. Təhlükəsizlik necə təmin olunması və Azərbaycanın necə düşünməsini yaxın vaxtlarda görəcəyik”.

Paylaş:
773

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər