Sumqayıtda sürücü avtomobillə dəmiryol keçidini keçməyə cəhd etdi, qəza baş verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda sürücü avtomobillə dəmiryol keçidini keçməyə cəhd etdi, qəza baş verdi

Qafar Ağayev10:01 - 29 / 08 / 2023
Sumqayıtda sürücü avtomobillə dəmiryol keçidini keçməyə cəhd etdi, qəza baş verdi

Avqustun 29-da saat 03:40 radələrində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərkən qatara çırpılıb.

Bu barədə 1news.az-a QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Paylaş:
524

Son xəbərlər

Bütün xəbərlər