Avqustun son günündə 32 dərəcə isti gözlənilir - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Avqustun son günündə 32 dərəcə isti gözlənilir - PROQNOZ

12:37 - 30 / 08 / 2023
Avqustun son günündə 32 dərəcə isti gözlənilir - PROQNOZ

Avqustun 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23°, gündüz 26-29° olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 27-32°, dağlarda gecə 8-13°, gündüz 15-20° olacaq.

Paylaş:
266

Son xəbərlər

Bütün xəbərlər