Azərbaycan və Çinin mülki aviasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Çinin mülki aviasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Qafar Ağayev10:06 - 31 / 08 / 2023
Azərbaycan və Çinin mülki aviasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

“AZAL”ın prezidenti Cahangir Əsgərov və Çinin Azərbaycandakı səfiri Qo Min arasında keçirilən görüşdə aviasiya sahəsində əməkdaşlıq və turizmin inkişafı perspektivləri müzakirə olunub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Çin paytaxtları arasında uçuşların bərpası edilməsi məsələsi barədə fikir mübadiləsi aparılıb. Bu addımlar hər iki tərəfin əməkdaşlığı genişləndirmək istəyindən xəbər verir ki, bu da iki ölkə arasında işgüzar əlaqələri, mədəni mübadiləni və turizmin inkişafını gücləndirəcək.

Bundan əlavə, tərəflər Bakı ilə Çinin Sıçuan əyalətinin paytaxtı arasında birbaşa aviareyslərin açılması perspektivini müzakirə ediblər. Zəngin memarlığı və tarixi abidələri ilə Çenqdu turistlərin və səyahətçilərin böyük marağına səbəb olur.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyətinin ÇXR administrasiyasının dəvəti ilə Sıçuan əyalətinə işgüzar səfəri çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyan Çin tərəfinin Çendu-Bakı aviareysinin açılmasında maraqlı olduğunu bildirmişdir. Tərəflərin imzaladığı Anlaşma Memorandumuna əsasən, Bakı ilə Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətləri qurulmuşdur.

Görüşün sonunda “AZAL”ın prezidenti Cahangir Əsgərov və Çinin Azərbaycandakı səfiri Qo Min belə təşəbbüslərin iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, o cümlədən turizm və biznesin inkişafı üçün yeni perspektivlərin açılmasına yönəldiyinə əmin olduqlarını bildiriblər.

Paylaş:
206

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər