Sentyabrın ilk günündə 34 dərəcə isti olacaq - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sentyabrın ilk günündə 34 dərəcə isti olacaq - PROQNOZ

12:58 - 31 / 08 / 2023
Sentyabrın ilk günündə 34 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-34° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-19° isti olacaq.

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər