Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulur

12:55 - 01 / 09 / 2023
Azərbaycan Ordusunun mövqeləri minaatanlardan atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər