Vikipediyada görkəmli şair Əhməd Cavad haqqında özbək dilində bölmə istifadəyə verilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Vikipediyada görkəmli şair Əhməd Cavad haqqında özbək dilində bölmə istifadəyə verilib

17:45 - 06 / 09 / 2023
Vikipediyada görkəmli şair Əhməd Cavad haqqında özbək dilində bölmə istifadəyə verilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan milli ideologiyasının əsas nümayəndələrindən biri, bədii fikrinin görkəmli siması, istiqlal şairimiz Əhməd Cavad haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Ahmad Javod” adlı bölmə istifadəyə verilib.

1news.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya heyəti tərəfindən yaradılmış bölmədə şairin həyatı, yaradıcılığı, Azərbaycan ədəbiyyatına və milli məfkurəyə verdiyi töhfələr, ictimai fəaliyyəti barədə məlumatlar yer alıb.

Ümumilikdə 5 bölmədən (15 yarımbölmə) və zəngin ədəbiyyat siyahısından, keçidlərdən ibarət vikiməqalədə Əhməd Cavadın həyatı və yaradıcılığı, əsərləri ilə bağlı hərtərəfli, geniş məlumatlar öz əksini tapmışdır. Bölmədə qeyd olunur ki, şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Əhməd Cavadın ilk şeirləri klassik rübai, qəzəl formalarında yazmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.

Vikiməqalədə Əhməd Cavadın yaradıcılığında xüsusi yer tutan “Çırpınırdı Qara dəniz”, “Göy-göl” və başqa şeirləri haqqında məlumat verilir, şair yaradıcılığının şah əsəri hesab edilən Azərbaycanın Dövlət Himnin müəllifi olması xüsusi vurğulanır.

“Ahmad Javod” adlı bölmədə vurğulanır ki, qəlbi Vətən eşqi ilə yanan şair əsərlərində Vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmə çıxarmışdır.

Qeyd olunur ki, 30-cu illər Sovet repressiyası nəticəsində xalqımızın ən istedadlı ziyalılarının, söz ustalarının, müstəqilliyimiz uğrunda böyük mübarizləri məhv edilmiş, ədəbiyyatımız, mədəniyyətimizin inkişafına böyük zərbələr vurmuşdur. Bu cür repressiya qurbanlarından biri də istiqlal şairimiz Əhməd Cavaddır.

Yaradılmış bölmədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Cavad yaradıcılığı və ədəbiyyatımızda mövqeyinə dair fikirləri yer almışdır. “Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Şairin zəngin yaradıcılığı milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin aparıcı mövqeyi ilə səciyyələnərək dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir”.

Bölmədə Əhməd Cavadın müəllifi olduğu Dövlət Himninin musiqi notu, şairin özbək dilinə tərcümə olunmuş “Меn haqiqat sadosiman” adlı şeir kitabı haqqında məlumat və ədəbiyyat siyahısı verilib.

Vikipediya Elektron Ensiklopediyasında Əhməd Cavad haqqında özbək dilində bölmə ilə linkindən tanış olmaq mümkündür.

Paylaş:
507

Son xəbərlər

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06
Bütün xəbərlər