BDU-nun təmir olunan 2 saylı korpusu yeni tədris ilindən istifadəyə veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-nun təmir olunan 2 saylı korpusu yeni tədris ilindən istifadəyə veriləcək

16:08 - 08 / 09 / 2023
BDU-nun təmir olunan 2 saylı korpusu yeni tədris ilindən istifadəyə veriləcək

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı korpusunda əsaslı təmir işləri başa çatmaq üzrədir.

Bu barədə 1news.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, inzibati otaqlar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulub, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi yenilənib.

Geniş auditoriyalar proyektor, kondisioner və mebellərlə təzhiz olunub. Qazanxana və drenaj sistemi yenilənib.
Korpusda təhsilalanların dərsdənkənar və asudə vaxtlarının keçirilməsi üçün də xüsusi şərait yaradılıb. Korpusun həyətində xüsusi abadlıq işləri həyata keçirilib.

Ən müasir standartlara cavab verən korpus yeni tədris ilindən müəllim və tələbələrin ixtiyarına veriləcək. Əsaslı təmir işləri mərhələli şəkildə BDU-nun digər tədris korpuslarında da davam etdiriləcək.

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər