Qanunsuz erməni silahlılarının Şuşa istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz erməni silahlılarının Şuşa istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

20:11 - 08 / 09 / 2023
Qanunsuz erməni silahlılarının Şuşa istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər