İçərişəhərin rəhbəri Ər-Riyad şəhərində UNESCO-nun Sessiyasında iştirak edir
"İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Ər-Riyad şəhərində UNESCO Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci Sessiyasında iştirak edir.
1news.az xəbər verir ki, 10-25 sentyabr tarixlərində Səudiyyət Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO Ümumdünya İrs Komitəsinin Genişləndirilmiş 45-ci Sessiyası keçirilir.
Sessiya çərçivəsində 1972-ci il Mədəni və Təbii İrsin Qorunması üzrə UNESCO Konvensiyasının effektiv icrası, irs abidələrinin mühafizəsi və digər cari məsələlər müzakirə olunur.
Səfər çərçivəsində "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru cənab Vebber Ndoro ilə iş görüşməsini keçirib.