Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfərə gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfərə gedib

12:01 - 11 / 09 / 2023
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyəyə səfərə gedib

Azərbaycan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyəyə rəsmi səfərə gedib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" hesabında paylaşım edilib.

K.Vəliyevi paytaxt Ankaranın Esenboğa hava limanında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər