Milli Məclisin deputatları Vyetnama səfər edəcəklər
Milli Məclisin deputatları Könül Nurullayeva və Naqif Həmzəyev sentyabrın 13-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin IX Qlobal Konfransında iştirak etmək üçün Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edəcəklər.
Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Vyetnam Milli Assambleyası və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən konfrans “Rəqəmsal transformasiya və innovasiya vasitəsilə Davamlı İnkişaf Məqsədlərinə nail olunmasının sürətləndirilməsində gənclərin rolu” mövzusuna həsr edilib.
Səfər sentyabrın 18-də başa çatacaq.
253