Neftçalada istehsal olunan kürü dünyada ilk oldu: “Azerbaijan Fish Farm” MMC-dən tarixi nailiyyət - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada istehsal olunan kürü dünyada ilk oldu: “Azerbaijan Fish Farm” MMC-dən tarixi nailiyyət - FOTO

11:53 - 13 / 09 / 2023
Neftçalada istehsal olunan kürü dünyada ilk oldu: “Azerbaijan Fish Farm” MMC-dən tarixi nailiyyət - FOTO

“Azerbaijan Fish Farm” (AFF) MMC inqilabi nailiyyət əldə edib.

Belə ki, şirkətin Neftçalada istehsal etdiyi qara kürü Qlobal Dəniz Məhsulları Alyansının (The Global Seafood Alliance) Ən Yaxşı Akvakultura Təcrübələri (Best Aquaculture Practices - BAP) sertifikatını alan nərə balıqlarının yetişdirilməsi üzrə dünyada ilk ferma kimi tarixə düşüb. Bu nüfuzlu sertifikat AFF-nin dayanıqlı inkişafa sadiqliyini təsdiq etməklə yanaşı, həm də şirkətin dəniz məhsullarının məsuliyyətli istehsalının 4 əsas istiqaməti üzrə ən qabaqcıl təcrübələrə sadiqliyini göstərir: ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, qida təhlükəsizliyi, heyvan sağlamlığı..

Dünya əhalisi artmaqda davam etdikcə, qida istehsalına dayanıqlı və məsuliyyətli yanaşmalara ehtiyac da daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. Akvakultura və ya balıqyetişdirmə maksimum səviyyəyə çatmış vəhşi balıq ovuna əlavə üçün son dərəcə əhəmiyyətli həll yolu kimi meydana gəlmişdir. BAP fermalarda yetişdirilən dəniz məhsullarının təhlükəsiz və etibarlı şəkildə tədarükünü təmin edən istehsal prosesinin inkubatordan emal müəssisələrinə qədər hər bir mərhələsinə hərtərəfli nəzarəti həyata keçirən dəniz məhsulları üzrə ən aparıcı xüsusi sertifikatlaşdırma proqramıdır.

2017-ci ildə təsis edildikdən bu günədək AFF Azərbaycanda innovativ və dayanıqlı balıq yetişdirilməsi və kürü istehsalı sahəsində ön sıralarda olmuşdur.

“Azerbaijan Fish Farm” MMC haqqında

1954-cü ildə Neftçala rayonu ərazisində eksperimental akvakultura fermasının yaradılması ilə regionda nərə balıqlarının yetişdirilməsi sahəsində ilk addımlar atılmışdır. Dünyanın ilk eksperimental akvakultura fermalarından olan bu təsərrüfat 2017-ci ildə AFF tərəfindən özəlləşdirilmişdir. AFF-nin dayanıqlı akvakultura yanaşması ənənəvi və müasir yetişdirmə üsullarını özündə birləşdirir. Bunun nümunəsi kimi qapalı su çevrəsindən (RAS), xüsusi sahələrdə yetişdirmə modelindən və dəniz suyu ilə təchiz edilən müasir hovuzlardan istifadəni göstərmək olar.

RAS sistemi inkubasiya və balıq həyatının erkən mərhələlərində suyun və qidanın optimal keyfiyyətini təmin edərək stressiz artım üçün əlverişli mühit yaradır. AFF-nin iş prinsipinin fərqləndirici xüsusiyyəti həm Kür çayının şirin suyundan, həm də Xəzər dənizinin duzlu suyundan istifadə etməsindədir. Bu unikal kombinasiya nərə balıqlarının təbii yaşayış mühitinə bənzərdir və kürünün yüksək keyfiyyətinin təmin edilməsində mühüm rol oynayır.

AFF həmçinin ekoloji cəhətdən təmiz təcrübələrə və ətraf mühitin mühafizəsi səhəsinə sadiqliyi ilə seçilir. Şirkət satılan hər kürü qabının əvəzində 10 nərə balığının Xəzər dənizinə buraxılmasını təmin etməklə üçün nəsli kəsilməkdə olan endemik nərə balıqlarının populyasiyasının qorunub saxlanmasına töhfə verir. Bu, AFF-nin ekosistemin vəziyyətinin yaxşılaşdırılmasına və brendin öz vədlərinə sadiqliyini nümayiş etdirir.

Hazırda “Azerbaijan Fish Farm” MMC premium keyfiyyətli kürünü ABŞ, BƏƏ, Sinqapur, Honkonq və s. kimi nüfuzlu bazarlara ixrac edir. Dayanıqlılıq səylərinin sübutu kimi BAP sertifikatı ilə təltif edilməsi AFF-nin məsuliyyətli kürü istehsalına sadiqliyini bir daha təsdiqləyir, sənaye presedenti yaradır və Azərbaycanın qlobal akvakultura səhnəsində nüfuzunu artırır.

BAP sertifikatı haqqında

BAP dəniz məhsullarının etibarlı istehsal prosesini qiymətləndirən və sertifikatlaşdıran beynəlxalq səviyyədə tanınmış proqramdır. BAP bütün dünyada istehlakçıları fermada yetişdirilən təhlükəsiz və dayanıqlı dəniz məhsulları ilə təmin etməklə, bütün akvakultura istehsal zənciri üzrə ətraf mühit, sosial, qida təhlükəsizliyi və heyvan sağlamlığı standartlarına cavab verir.

“Azerbaijan Fish Farm”: Marketinq meneceri, Günel İsmayılova
Mob: +99451 250 54 91
Email:[email protected]

Reklam hüququnda

Paylaş:
1418

Son xəbərlər

Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir29 / 09 / 2023, 23:18Xiaomi korporasiyası Xiaomi 13T və Xiaomi 13T Pro flaqman smartfonlarını təqdim edib29 / 09 / 2023, 17:08Bakıda narkotik satan daha 3 nəfər tutuldu - VİDEO29 / 09 / 2023, 17:00XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib29 / 09 / 2023, 16:54İlham Əliyev: Ermənistan hökuməti sentyabrın 20-dək baş verən hadisələri düzgün təhlil etsə, sülh əlçatandır29 / 09 / 2023, 16:40DTX: Ermənistan vətəndaşı Davit Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilib29 / 09 / 2023, 16:30İlham Əliyev: Biz Qafqazda sülh və sabitlik istəyirik29 / 09 / 2023, 16:20Prezident: Torpaqlarımızda separatçılığa son qoyulub, bu, bizim güclü siyasi iradəmizin göstəricisidir29 / 09 / 2023, 16:11Binəli Yıldırım Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 16:01Prezidentdən Azərbaycana qarşı qəbuledilməz planları olanlara mesaj: Bizim səbrimizlə oynamayın29 / 09 / 2023, 15:55Azərbaycanda ilk iPhone 15 icmalı yayımlandı! İzləyin və smatrfonları 30 aylıq taksitlə Umico Market-də seçin29 / 09 / 2023, 15:42Prezident: “Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik”29 / 09 / 2023, 15:31Oktyabrda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir - PROQNOZ29 / 09 / 2023, 15:30Sərsəng su anbarına Dövlət Agentliyinin əməkdaşları nəzarət edir29 / 09 / 2023, 15:28Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda növbəti görüş keçirilir29 / 09 / 2023, 15:24Prezident İlham Əliyev: Ermənistan kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunan bir rejim idi29 / 09 / 2023, 15:22Bakının Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb29 / 09 / 2023, 15:19Ceyhun Bayramov Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib29 / 09 / 2023, 15:09Prezident İlham Əliyev: Horadizdən Zəngilana dəmir yolu tezliklə hazır olacaq29 / 09 / 2023, 15:03Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH29 / 09 / 2023, 15:00
Bütün xəbərlər

Next TV