“Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsi həyata keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsi həyata keçirilib - FOTO

Qafar Ağayev14:01 - 14 / 09 / 2023
“Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsi həyata keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı” layihəsini həyata keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, layihədə Balakən, Zaqatala və Qax rayonlarından şəhid xanımları və övladlarından ibarət 30 nəfər iştirak edib. Onlar üçün Bakı şəhərində peşəyönümlü ekskursiyalar, maarifləndirici təlimlər, muzey turları, açıq havada gəzintilər təşkil olunub.

Üç gün davam edən layihə şəhid xanımları və övladlarının fərqli mühitdə və birlikdə səmərəli vaxt keçirməsini, travmatik təcrübə ilə əlaqədar alternativ psixoloji korreksiya üsullarının tətbiqini təmin etmək, uşaqların yaşıdları ilə ünsiyyət və sosiallaşma imkanlarını artırmaqla onların inkişafına dəstək məqsədi daşıyıb.

Paylaş:
238

Son xəbərlər

Bütün xəbərlər