Zabratda 63 yaşlı ər arvadını boğub öldürdü - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Zabratda 63 yaşlı ər arvadını boğub öldürdü - YENİLƏNİB

17:10 - 14 / 09 / 2023
Zabratda 63 yaşlı ər arvadını boğub öldürdü - YENİLƏNİB

Bakıda bu gün baş verən qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Sabunçu rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, sentyabrın 14-də 1974-cü il təvəllüdlü Validə Zülfüqarovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1960-cı il təvəllüdlü Şahniyar Məmmədovun Sabunçu rayonu, Zabrat qəsəbəsində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Validə Zülfüqarovanı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

***
15:01

Sabunçu rayonu Zabrat qəsəbəsində evlərin birində 49 yaşlı Zülfüqarova Xalidə Şirəli qızının boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 63 yaşlı Məmmədov Şahniyar Məhəmməd oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi qısqanclıq zəminində baş verib.

Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər