Bakı–Tbilisi–Ceyhan kəməri ilə 20,1 milyon tondan çox neft daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı–Tbilisi–Ceyhan kəməri ilə 20,1 milyon tondan çox neft daşınıb

17:51 - 14 / 09 / 2023
Bakı–Tbilisi–Ceyhan kəməri ilə 20,1 milyon tondan çox neft daşınıb

Yanvar-avqust aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 456,9 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, nəqletmənin 76,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmərlə 20 milyon 149,8 min ton neft nəql edilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,5 faizini və ya 16 milyon 834,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 faizini və ya 3 milyon 315,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Paylaş:
269

Son xəbərlər

Türkiyədə zəlzələ olub

04 / 01 / 2025, 12:52
Bütün xəbərlər