“Bilik günü”nün hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bilik günü”nün hava necə olacaq?

12:23 - 14 / 09 / 2023
“Bilik günü”nün hava necə olacaq?

Sentyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

Paylaş:
207

Son xəbərlər

Bütün xəbərlər