Laçında 31 ildən sonra ilk zəng çalınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında 31 ildən sonra ilk zəng çalınıb - FOTO

Qafar Ağayev15:07 - 15 / 09 / 2023
Laçında 31 ildən sonra ilk zəng çalınıb - FOTO

Sentyabrın 15-də Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə yeni tədris ilinə start verilib.

1news.az xəbər verir ki, 2023–2024-cü tədris ilində sözügedən məktəbdə 44 şagirddən ibarət 11 sinif təşkil edilib və 16 müəllim burada tədris aparacaq.

Qeyd edək ki, 510 şagird yerlik ikimərtəbəli məktəb binasında 13 sinif otağı, 2 laboratoriya, kimya, fizika, biologiya kabinetləri, informatika, çağırışaqədərki hazırlıq, tibb, həmçinin qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı, 182 yerlik akt zalı mövcuddur.

Paylaş:
622

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər