Xaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

09:51 - 15 / 09 / 2023
Xaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

1news.az xəbər verir ki, bu barədə bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, dərhal əraziyə Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.

***

9:26

Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.

Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər