İsmayıllıda iki avtomobil toqquşub, xəsarət alanlar var

İsmayıllıda iki avtomobil toqquşub.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında İsmayıllı rayonunun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Babazadə Şəhriyar Vahid oğlunun idarə etdiyi “Ford Tranzit” və Ruzi Məcidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində sürücülər və “Ford”dakı biri azyaşlı olmaqla 3 sərnişin xəsarət alıb.
İsmayıllı sakini, 1991-ci il təvəllüdlü Məcidov Ruzi Arzu oğlunun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
336