Bakıda hosteldən oğurluq edilib

Bakıda hosteldən oğurluq edilib.
DİN-dən 1news.az-a verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 7-də rayon ərazisindəki hostellərin birindən 1080 manat pul, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nurani Atakişiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
213