Azad edilmiş ərazilərdə daha 19 mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə daha 19 mina aşkarlanıb

15:55 - 18 / 09 / 2023
Azad edilmiş ərazilərdə daha 19 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 8 mina və 34 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

195,7 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
222

Son xəbərlər

Bütün xəbərlər