Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə nə qədər peyvənd vurulub? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə nə qədər peyvənd vurulub? - STATİSTİKA

16:43 - 18 / 09 / 2023
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə nə qədər peyvənd vurulub? - STATİSTİKA

Azərbaycanda sentyabrın 11-dən 17-dək koronavirus (COVID-19) əleyhinə 223 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 150, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 368, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 336, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266424 təşkil edir.

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər