BQXK-nin Xankəndinə aparılan yardımı Laçın postunda belə yoxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BQXK-nin Xankəndinə aparılan yardımı Laçın postunda belə yoxlanıldı - FOTO

Qafar Ağayev09:24 - 18 / 09 / 2023
BQXK-nin Xankəndinə aparılan yardımı Laçın postunda belə yoxlanıldı - FOTO

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçid etdi.

1news.az Trend-ə istinadən xəbər verir ki, yük maşınları "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarından yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.

Qeyd edək ki, Qarabağdakı separatçılar nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.

Separatçıların liderləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.

Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu məqsədəuyğun olaraq iki həftədən çox ləngitdilər.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər