Goran Dartı Yarımstansiyasında yanğın olub, araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Goran Dartı Yarımstansiyasında yanğın olub, araşdırma aparılır

Qafar Ağayev10:00 - 18 / 09 / 2023
Goran Dartı Yarımstansiyasında yanğın olub, araşdırma aparılır

Bu gün saat 00:25 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Goran Dartı Yarımstansiyasının I bölməsində yanğın baş verib.

Bu barədə 1news.az-a ADY-dən bildirilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə briqadalarının köməyi ilə yanğın saat 02:30-da söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa zaman ərzində yaxınlıqda yerləşən digər Dartı Yarımstansiyalarından sözügedən mənzilə fasiləsiz elektrik enerjisinin verilməsi tam təmin olunub. Hazırda qatarlar qrafik üzrə hərəkət edirlər. Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır.

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər