Bakıda betonkəsən aparatın 12 min manatlıq mühərriki oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda betonkəsən aparatın 12 min manatlıq mühərriki oğurlanıb

11:46 - 18 / 09 / 2023
Bakıda betonkəsən aparatın 12 min manatlıq mühərriki oğurlanıb

Bakıda betonkəsən aparatın 12 000 manat dəyərində mühərriki oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 16-na keçən gecə Bakı şəhər sakini S.Şabanova məxsus betonkəsən aparatın 12 000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Sərxan Müslümov olduğu müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər