Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

08:56 - 19 / 09 / 2023
Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər