Masallı sakinindən 4 kiloqram narkotik götürülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallı sakinindən 4 kiloqram narkotik götürülüb - FOTO

09:14 - 19 / 09 / 2023
Masallı sakinindən 4 kiloqram narkotik götürülüb - FOTO

Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və Qızılavar kəndində yerləşən yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. A.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər