Anar Eyvazov: “90-dan artıq döyüş mövqeyi silahlı qüvvələrimiz tərəfindən nəzarətə götürülüb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Eyvazov: “90-dan artıq döyüş mövqeyi silahlı qüvvələrimiz tərəfindən nəzarətə götürülüb”

Ayşən İsmayılova13:19 - 20 / 09 / 2023
Anar Eyvazov: “90-dan artıq döyüş mövqeyi silahlı qüvvələrimiz tərəfindən nəzarətə götürülüb”

“90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli mövqelər silahlı qüvvələrimiz tərəfindən nəzarətə götürülüb”

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

“Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını və xeyli sayda silah-sursat silahlı qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib”.

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər