Heydər Əliyevlə olan xatirə fotosunu Prezidentə təqdim etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.
Görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.
1news.az-ın məlumatına görə, görüşün sonunda Lord Con Filip Braun ulu öndər Heydər Əliyevlə olan xatirə fotosunu dövlət başçısına təqdim edib.
299