Xaricdə təhsil alanların peşə tanınması üzrə növbəti imtahanı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdə təhsil alanların peşə tanınması üzrə növbəti imtahanı keçiriləcək

16:53 - 21 / 09 / 2023
Xaricdə təhsil alanların peşə tanınması üzrə növbəti imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 1 oktyabr 2023-cü il tarixində xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək.

Bu barədə 1news.az-a DİM-dən xəbər verilib.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçilər ixtisasları üzrə proqramla müvafiq linklərə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) keçid etməklə tanış ola bilərlər.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunacaq. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

İmtahan 1 oktyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçiriləcək.

Qeyd edək ki, imtahanda iştirak edəcək ərizəçilərə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq məlumat verilir.

Paylaş:
151

Son xəbərlər

Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan varBu gün, 11:09Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:07Zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb - TƏBİBBu gün, 11:03AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi olduBu gün, 10:45Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi keçirilirBu gün, 10:39Bakıda avtomobildən 16 min manat və 2 min dollar pul oğurlanıbBu gün, 10:36Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir - AAYDA məlumat yaydıBu gün, 10:24DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:17İran HDQ nümayəndə heyəti hərbi institutu və “N” hərbi hissəsini ziyarət edib - FOTOBu gün, 10:17Mənzilləri qısa müddətdə satılan “Avant Park”ın 2-ci mərhələsi “Avant Vista” tikilir - 8 YENİ BİNABu gün, 10:07BŞTİ məlumat yaydı: “Hazırda Bakı məktəblərində tədris prosesi davam edir”Bu gün, 09:51DİM dekabrın 10-da doktorantlar üçün imtahan keçirəcəkBu gün, 09:50“Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb”Bu gün, 09:46Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 09:36Polis gücləndirilmiş iş rejiminə keçdiBu gün, 09:27Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:24Bakı şəhər Dövlət Yol Polisi İdarəsi zəlzələ ilə bağlı sürücülərə müraciət etdiBu gün, 09:21Azərbaycan neftinin qiyməti 79 dollara düşübBu gün, 09:19İlham Əliyev Ermənistana xəbərdalıq edibBu gün, 09:14Azərbaycanda 5,6 maqnitudada zəlzələ olub - YENİLƏNİBBu gün, 09:06
Bütün xəbərlər

Next TV