Pirallahıda mənzildə meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahıda mənzildə meyit tapılıb

16:37 - 22 / 09 / 2023
Pirallahıda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər