Salyanda “Ford” su kollektoruna düşüb, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda “Ford” su kollektoruna düşüb, ölən var

Qafar Ağayev11:31 - 22 / 09 / 2023
Salyanda “Ford” su kollektoruna düşüb, ölən var

Salyan rayonunun Parça Xələc kəndində avtomobil su kollektoruna düşüb, bir nəfər ölüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Xilasedicilər “Ford” markalı avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər