Erməni sakinlərin tibbi yardım və qida təminatı üçün FHN Ağdam, Füzuli və Kəlbəcərdə çadır düşərgələri qurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni sakinlərin tibbi yardım və qida təminatı üçün FHN Ağdam, Füzuli və Kəlbəcərdə çadır düşərgələri qurub

13:44 - 23 / 09 / 2023
Erməni sakinlərin tibbi yardım və qida təminatı üçün FHN Ağdam, Füzuli və Kəlbəcərdə çadır düşərgələri qurub

Erməni sakinlərinin ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub.

1news.az xəbər verir ki, bu barədə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə yaradılan İşçi qrup tərəfindən 2023-cü il sentyabrın 20-dən etibarən görülən tədbirlərdə qeyd olunub.

Bildirilib ki, ərazidəki polis qüvvələri, hərbi heyət və mülki işçilər tərəfindən erməni sakinlərə yerlərdə ilkin tibbi yardım və müvafiq dəstək göstərilir.

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər