Nazirlər Kabineti gələn ilin büdcə layihələrini Prezidentə təqdim edilməsi ilə bağlı qərar verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlər Kabineti gələn ilin büdcə layihələrini Prezidentə təqdim edilməsi ilə bağlı qərar verib

15:21 - 23 / 09 / 2023
Nazirlər Kabineti gələn ilin büdcə layihələrini Prezidentə təqdim edilməsi ilə bağlı qərar verib

Nazirlər Kabineti Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, eləcə də, gələn il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında layihəni Prezident İlham Əliyevə təqdim edilməsi ilə bağlı qərar imzalayıb.

Bu barədə 1news.az Nazirlər Kabinetinə istinadən xəbər verir.

Baş nazir Əli Əsədov tərəfindən imzalanan qərara əsasən, layihələr “Büdcə sistemi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim ediləcək.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər